RU

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirmə və icarədən dövlət büdcəsinə 142,7 milyon manat vəsait ödənilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən 2024-cü ilin yanvar-noyabr ayları ərzindəözəlləşdirmədən dövlət büdcəsinə 108,4 milyon manat vəsait daxilolub.

Bu barədə Trend Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, dövlət əmlakının icarəyə verilməsi sahəsində dəişlər davam etdirilib:

"2024-cü ilin 11 ayı ərzində qeyri-yaşayış sahələrinə dair 571yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayışsahələrinin icarəsindən dövlət büdcəsinə 6,5 milyon manat vəsaitinödənilməsi təmin olunub.

Eyni zamanda, cari ilin yanvar-noyabr ayları ərzində torpaqsahəsinə dair 3.152 yeni icarə müqaviləsi bağlanılıb".

"Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlətbüdcəsinə 27,8 milyon manat məbləğində vəsait daxil olub.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsiilə bağlı 2024-cü ilin müvafiq dövründə 3.723 yeni icarə müqaviləsibağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlananmüqavilələrin sayı 17,1% artıb.

Cari ilin yanvar-noyabr ayları ərzində daşınmaz dövlət əmlakınınicarəsindən dövlət büdcəsinə 34,3 milyon manat məbləğində vəsaitinödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə17,5% artım qeydə alınıb.

Beləliklə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində dövlətəmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 142,7 milyonmanat vəsait daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə 2,5%artım qeydə alınıb", - deyə məlumatda qeyd olunub.

Избранный
10
2
az.trend.az

3Источники