RU

Sumqayıtda quldurluqla 127 min manat pulu ələ keçirən daha bir şəxs HƏBS EDİLİB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sumqayıtda şirkət avtomobilinə basqın edərək külli miqdarda pul aparan daha bir nəfər polis tərəfindən saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, saxlanılan şəxs 1981-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Namiq Məhəmməd oğlu Pirməmmədovdur.
O, "Linkoil" MMC-nin əməkdaşı Şahin Şirinovun idarə etdiyi "Chevrolet" markalı avtomobildən 127 298 manat pulu açıq talama yolu ilə aparıb. Quldurluğa məruz qalan avtomobilin "Linkoil" MMC-yə məxsus olduğu bildirilir.
N.Pirməmmədovun əvvəllər Cinayət Məcəlləsinin 127, 128 və 221-ci maddələrinə əsasən məhkum olunması da məlum olub.
Xatırladaq ki, daha əvvəl quldurluqda iştirak etmiş 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov da saxlanılıblar.
Əzizə İsmayılova
Избранный
10
oxu.az

1Источники