RU

Ağdam xəstəxanasının tikintisinə 20 milyon xərclənəcək

Ağdam Rayon Mərkəzi Xəstəxanasının ikinci mərhələ üzrə tikintisinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, Səhiyyə Nazirliyinin sifarişi ilə tikinti işlərinin icrası “Uni Ko” şirkətinin baş podratçılığı ilə aparılır.

Bağlanılmış müqaviləyə əsasən, xəstəxananın tikintisinə 19.469.946,11 manat sərf olunacaq.

Xatırladaq ki, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli 2022-ci ildə qoyulub.

Избранный
7
3
hit.az

4Источники