Suriyanın devrilmiş lideri Bəşər Əsədin həyat yoldaşı Esma Əsəddən zərbə aldığı iddia edilib.
AZXEBER.COM Türkiyənin \"Habertürk\" informasiya portalına istinadən xəbər verir ki, Londonda doğulan və ailə qurduqdan sonra Suriyaya köçərək bankçılıq karyerasını yarımçıq qoyan Esma Əsədin Moskvadakı şərtlərindən razı olmadığı və Londona getmək üçün boşanma tələb etdiyi öyrənilib.
Eyni zamanda Britaniya vətəndaşı olan Esma Esad Rusiya məhkəməsinə müraciət edərək Moskvadan çıxmaq üçün xüsusi icazə istəyib.
Bəşər Əsədin sığınacaq istəyi Rusiya tərəfindən qəbul edilsə də, onun Rusiyada hakimiyyət orqanları tərəfindən sərt məhdudiyyətlərə məruz qaldığı və Moskvanı tərk etməsinə və hər hansı siyasi fəaliyyətlə məşğul olmasına qəti şəkildə qadağa qoyulduğu bildirilir.
Digər tərəfdən, Bəşər Əsədin aktivlərinə və pullarına çıxışı da Rusiya hakimiyyəti tərəfindən dondurulub. Bu vəziyyət Əsəd ailəsinin maddi imkanlarını məhdudlaşdırır.
Məsələ gündəmə gəldikdən sonra Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib.
O, sözügedən xəbərin həqiqəti əks etdirmədiyini vurğulayıb.