Türkiyənin Niğde şəhərində dilənçi pulu 8 aylıq körpəsinin bezində gizlədib.
Medianews.az “Cumhuriyet”ə istinadən xəbər verir ki, Niğde Bələdiyyəsi polis qrupları şəhərin mərkəzi nöqtələrindəki bazar, xəstəxana və məscid həyətlərində dilənçiliklə məşğul olanlara qarşı əməliyyat keçirib.
Əməliyyat zamanı şəhər xaricindən gələn 2 qadında 490 lirə tapılıb.
Müəyyən edilib ki, dilənçilərdən biri əlində olan pulu qucağında 8 aylıq körpənin uşaq bezi arasında gizlədib.
Onlara qarşı inzibati tədbir görülüb.