RU

Şimali Koreya əsgərləri Kurskda ciddi itki verir

Ukrayna ordusu son 3 gündə Rusiyanın Kursk bölgəsində 77 Şimali Koreya əsgərini öldürüb.

Publika.az xəbər verir ki, Ukrayna ordusunun sosial media hesabında edilən paylaşımda Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumları ilə bağlı məlumat verilib.

Bildirilib ki, son 3 gündə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Rusiyanın Kursk vilayətində 77 Şimali Koreya əsgərini öldürüb, 40-dan çoxunu yaralayıb, 12 maşın və 3 personal daşıyıcısını məhv edib.

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsindən verilən açıqlamada Rusiyanın Ukraynaya qarşı hücumlarda istifadə etdiyi “Şahed” PUA-larının hissələrinin olduğu anbarın “Alabuqa” iqtisadi zonasında məhv edildiyi qeyd olunub.

Açıqlamada o da bildirilib ki, anbarda 65 PUA gövdəsi, həmçinin 400 ədəd “Şahed-136”nın istehsalı üçün mühərriklər, naviqasiya sistemləri və termal görüntü kameraları var.

Избранный
5
publika.az

1Источники