Dortmund “Borussiya”sının qapıçısı Qreqor Kobel “Çelsi”yə keçə bilər.
Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, Dortmund klubunun rəhbərliyi əsas oyunçularından biri ilə ayrılmaq istəmir, ona görə də, onun üçün 70 milyon avro istəyir.
Onun qiymətinin “Çelsi”yə uyğun olub-olmayacağı bəlli deyil.
“Transfermarkt” portalı Kobelin dəyərini 40 milyon avro göstərir.
27 yaşlı qolkiper bu mövsüm Dortmund təmsilçisində bütün yarışlarda 19 oyun keçirib, 27 qol buraxıb. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.