RU

“Klub mənə çox şey verir, karyeramı bitirməkdən hələ xeyli uzağam”

“İnter”in qapıçısı Yan Sommer hazırkı durumu haqda danışıb.

Sportinfo.az SRF-ə istinadən xəbər verir ki, bu həftənin əvvəlində 36 yaşını qeyd edən isveçrəli qolkiper komandasında əsas rol oynayır, ona görə də, getmək haqda düşünmür:

“İnter”də çox xoşbəxtəm, klub mənə çox şey verir. Karyeramı bitirməkdən hələ çox uzağam. Bunu həm fiziki, həm də əqli cəhətdən hiss edirəm”.

Yan Sommerin “İnter”lə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. O, bu mövsüm milanlıların heyətində bütün turnirlərdə 21 oyun keçirib, 16 qol buraxıb.

Избранный
7
sportinfo.az

1Источники