RU

Azərbaycanda şagirdlərin qanlı davası - RƏSMİ AÇIQLAMA gəldi

Dekabrın 22-də Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində 15 yaşlı yeniyetmə ayaq nahiyəsindən kəsici alətlə xəsarət alıb. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən Modern.az-a bildirilib ki, hadisə ötən gün küçədə qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər 29 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi 14 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdinə küçədə aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

“Xəsarət alan şagird tibb müəssisəsinə yerləşdirilib, lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən nəzarətdə saxlanılır. Məktəb direktoru şagirdə baş çəkib, onun səhhəti ilə maraqlanıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək. Uşaqların yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”, - açıqlamada bildirilir.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, hadisə ilə bağlı polisə məlumat daxil olub:

“Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun həmyaşıdı müəyyən olunub. Hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır”.

 
 
 
Избранный
540
4
qafqazinfo.az

5Источники