RU

NATO baş katibi Ukrayna prezidentinə qarşı çıxır

NATO

NATO baş katibi Mark Rutte Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniya kansleri Olaf Şoltsu tənqid etməsini ədalətsizlik sayır və buna son qoymasını istəyir.

Reyting.az
xəbər verir ki, Rutte Zelenskiyə Şoltsu tənqid etməyi dayandırmalı olduğunu çatdırdığını xatırladib.

Baş katib vurğulayıb ki, Almaniyanın Ukraynaya dəstəyi misilsizdir, həcminə görə ABŞ-dan sonra ikinci yerdədir və bu səbəbdən Ukrayna Şoltsa minnətdar olmalıdır.

“Almaniya Ukraynaya hərbi dəstək baxımından ABŞ-dan sonra ikinci yerdədir - 28 milyard avro! Hesablamalara görə, bu, çox böyük məbləğdir. Bu dəstək rəqəmi bir çox digər ölkələri, o cümlədən böyük Avropa iqtisadiyyatını qabaqlayır”, - deyə Rutte əlavə edib.

Şoltsun Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükü ilə bağlı mövqeyindən də danışan Ruttenin sözlərinə görə, o, şəxsən başqa bir qərar verər və onlardan istifadəyə heç bir məhdudiyyət qoymazdı:

“Ümumiyyətlə, biz bilirik ki, bu cür imkanlar Ukrayna üçün çox vacibdir”.

Rutte qeyd edibki, müttəfiqlərin nə təchiz edəcəyinə dair qərar vermək onun səlahiyyətində deyil.

Baş katibin fikrincə, Almaniyanın Ukrayna siyasətində öz dəyərlərinin və kollektiv təhlükəsizliyinin təhlükə altında olduğunu qəbul etməsi vacibdir: “Ukrayna uduzsaydı, Rusiya təhlükəsinə qarşı çıxmaq üçün müdafiəyə daha çox pul xərcləməli olardıq”.

Xatırladaq ki, Zelenski daha əvvəl Şoltsu xüsusilə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığına görə tənqid etmişdi. O, həmçinin kanslerin “Taurus” qanadlı raketlərinin tədarükündən imtina etməsini anlamadığını dəfələrlə açıqlayıb.

Onu da qeyd edək ki, ötən gün Almaniya mətbuatı kansler O. Şoltsun Moskvaya “sülh missiyası” ilə gəlməyi planlaşdırdığını, seçki reytinqini yüksəltmək üçün bu mövzuda oynamağa çalışdığını iddia edib.

E. KAMAL
Избранный
21
reyting.az

1Источники