RU

Bəşər Əsəddən sonra: Türkiyə və İsrailin Suriyadakı maraqları

“Böyük güclərin toqquşduğu Suriyada hər bir ölkənin olduğu kimi Türkiyənin öz milli maraqları var”
 
 
Bunu Moderator.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
 
Onun sözlərinə görə, İsrailin Hizbullaha qarşı, eyni zamanda Livanda və Qəzza bölgəsində apardığı mübarizə onu göstərir ki, İsrailin də   Suriyada  öz maraqları var və  Yaxın Şərqdə müəyyən mənada geosiyasi konfiqurasiyanı dəyişmək istəyir:
 
“Belə olan təqdirdə,  hadisələr Türkiyəni  müəyyən addımlar atmağı tələb edirdi. Mövcud status - kvo Suriyada uzun müddət qalmayacaqdı. Bəşər Əsəd hakimiyyətdən getməli idi və  Əsədin hakimiyyətdən getməsi ilə bağlı artıq müxtəlif planlar da  hazır idi. Belə olan təqdirdə Türkiyə strateji  çeviklik göstərərək öz dövlət maraqlarının qorunması üçün hadisələri  qabaqlamalı idi. Gedişat onu deməyə əsas verir ki,Türkiyə Suriyadakı proseslərdə fəaldır. Bu gün Türkiyə Suriyanın yeni hakimiyyəti ilə daha  yaxın münasibətlərə malikdir və bu əməkdaşlıq gələcəkdə Suriyada Türkiyənin maraqlarının nəzərə alınmasına gətirib çıxaracaq. Türkiyənin maraqları dedikdə  PKK və YPG- yə qarşı mübarizə, İraqın və Suriyanın şimalında  Türkiyə dövlətçiliyinə qarşı olan təhdidlərin aradan qaldırılması nəzərdə tutulur. Bu kontekstdə  Türkiyənin uğurlu addımlar atdığına şahidlik etməkdəyik”.
 
Politoloq hesab edir k, Türkiyənin  Suriyanın yeni hakimiyyəti ilə görüşləri onu deməyə əsas verir ki, Türkiyə uzlaşma axtarır:
 
“Suriyada İsrailin mövqeyinin nədən ibarət olacağı, İsrailin kürd məsələsinə və müxtəlif qruplarla bağlı münasibətlərinin necə formalaşacağı çox vacibdir. Bu özü də Amerika - İsrail və Amerika- Türkiyə münasibətləri və  danışıqlarından asılı olan faktorlarla bağlıdır. Türkiyə ABŞ- la birbaşa olaraq Suriyadakı məsələləri tənzimləyir və yaxud daha doğrusu, onlar bu və yaxud digər şəkildə fəaliyyət göstərirlər. Mövcud durumda isə bəzi dövlətlərin daha çox itkilərlə  üzləşdiyinin, bəzi ölkələrin isə daha çox qazandığının şahidi oluruq”.
 
Mehin Mehmanqızı
 
Избранный
9
50
moderator.az

10Источники