RU

Azərbaycanda qadın din xadimlərinin sayı artıb - Komitə rəsmisi

Son on ildə Azərbaycanda qadın din xadimlərinin sayı artıb.

Olaylar xəbər verir ki, bunu bu gün keçirilən "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər" mövzusuna həsr edilmiş konfransda Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva deyib.

O qeyd edib ki, bu çox vacib amildir.

"Hazırda onların sayı 52 nəfərdir. Sayın artırılması üçün işlər davam edəcək.

Təhsil və maarifləndirmə bu istiqamətdə mühüm rol oyayacaq",-deyə A. Sofiyeva qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
3
1
olaylar.az

2Источники