RU

Sosial şəbəkələrdə Timmanın ölümündən sonra Anna Sedokovanın görünmədiyindən yazırlar





Anna Sedokovanın direktoru müğənninin hələ də xəstəxanada olduğunu bildirib. Bu barədə Super.ru məlumat yayıb.
Janis Timmanın ölümündən bir həftə keçir. Bu müddət ərzində müğənni iki dəfə əlaqə saxlayıb. Hamının faciədən xəbər tutduğu gün Anna iki video çəkdi, onlardan biri xəstəxana otağında lentə alınıb. Məlum olub ki, sənətçi hələ də həkimlərin nəzarəti altındadır.


Sedokovanın direktoru onun xəstəxanadan nə vaxt çıxacağını açıqlamayıb.
Bundan əvvəl vəkil Katya Qordon müğənnini açıq şəkildə qınamışdı. O, Annaya yazığı gəlmədiyini bildirib və 12 il əvvəl ərini necə oğurladığını danışıb.


Həmçinin, Janis Timmanın cəsədinin pasport olmadığı üçün meyitxanada “ilişib” qaldığı bildirilib.

aia.az
Tərcümə şöbəsi



Избранный
10
aia.az

1Источники