RU

Maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarlar təsdiqlənib

Azərbaycanda "Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarların (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərinin, ümumi dövriyyəsinin həcmi)" təsdiq edilib.

Olaylar xəbər verir ki, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Bu sənəd Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (bundan sonra - Məcəllə) 27.2-ci maddəsinə uyğun olaraq hazırlanıb və maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarları (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərini, ümumi dövriyyəsinin həcmini) müəyyən edir.

Bu sənəddə istifadə olunan anlayışlar Məcəllədə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

Təmərküzləşmə zamanı razılığın alınmasını şərtləndirən meyarlar:

Təmərküzləşmədə iştirak edən maliyyə institutları aşağıdakı hallardan ən azı biri olduqda rəqabət orqanına razılıq alınması üçün müraciət etməlidirlər:

təmərküzləşmədə iştirak edən maliyyə institutlarından biri müvafiq bazarda hökmran mövqedə olduqda; təmərküzləşmə nəticəsində müvafiq bazarda hökmran mövqeyə malik olan maliyyə institutu yarandıqda.

Bu sənədin 2.1-ci bəndi ilə müəyyən olunmuş tələblər rezolyusiya prosesində həyata keçirilən tədbirlərə münasibətdə tətbiq olunmur. Bu halda Azərbaycan Respublikasının Mərkəzi Bankı "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 57.6.1-ci və ya 57.6.2-ci maddələrində nəzərdə tutulan rezolyusiya tədbirləri barədə qərar qəbul etdikdən sonra 7 (yeddi) iş günü ərzində bu barədə rəqabət orqanına məlumat verir.

Bu sənədin 2.1-ci bəndinə əsasən hökmran mövqe Məcəllənin 15.3-cü maddəsinə əsasən müəyyən edilir.

Məcəllənin 26.1.2.9-cu maddəsinə müvafiq olaraq, bir maliyyə institutunun təmərküzləşmədən öncəki sonuncu hesabat ilində aktivlərinin (pul vəsaitləri istisna olmaqla) 20 faizindən çox hissəsinin digər maliyyə institutu tərəfindən əldə edilməsi iqtisadi təmərküzləşmə hesab edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
11
4
olaylar.az

10Источники