RU

Peskov Əsədin Rusiyada hərəkətinin məhdudlaşdırılması barədə xəbərləri təkzib edib

Keçmiş Suriya lideri Bəşər Əsədin Rusiyada hərəkətinin məhdudlaşdırılması barədə məlumatlar həqiqətə uyğun deyil.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Xeyr, bu, həqiqətə uyğun deyil", - o, Türkiyə mətbuatında "Əsədin həyat yoldaşının boşanmaq və Rusiyadan getmək istədiyi, Əsədin Moskvadan çıxışının məhdudlaşdırıldığı və əmlakının dondurulduğu" barədə yayılan məlumatların həqiqətə uyğun olub-olmaması barədə sualı belə şərh edib.

Zərintac MayisqızıMissiya.Az

Избранный
2
1
missiya.az

2Источники