RU

Mikroavtobus aşdı, ölən və yaralılar var

Türkiyənin Kastamonu şəhərində ağır yol qəzası baş verib.


E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sinopa gedən mikroavtobusun Kastamonunun Nalcıkuyucağı kəndi yaxınlığında idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 23 nəfər yaralanıb.

Əraziyə təcili yardım, jandarma və AFAD qrupları göndərilib.

Qəzada yaralanan 24 nəfər təcili yardımla şəhərin müxtəlif xəstəxanalarına göndərilib.

Yaralılardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Kastamonu valisi Meftun Dallı hadisədə həyatını itirən şəxsin yaxınlarına başsağlığı verib, yaralıları ziyarət edib.

Mikroavtobusdakı şəxslərin dəfn mərasimində iştirak etmək üçün yola çıxdığı bildirilib.

Şəbnəm Mehdizadə
Избранный
11
e-huquq.az

1Источники