RU

Azərbaycan və İtaliya arasında qarşılıqlı fikir mübadiləsi aparılıb

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 23-də İtaliyaRespublikasının Azərbaycandakı səfiri Luka Di Cianfrançesko iləgörüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilən xəbərə görə,görüşdə Azərbaycanla İtaliya arasında əlaqələrin mövcudvəziyyətindən məmnunluq ifadə olunub. Bildirilib ki, enerji vəiqtisadi sahədə mövcud olan əməkdaşlıq əlaqələri digər sahələrdə dəmünasibətləri daha da genişləndirməyə imkan verir.

Söhbət zamanı, parlamentlər arasında əlaqələrin daha dainkişafının vacibliyi qeyd olunub. Vurğulanıb ki, parlamentlərarasıəlaqələr oxşar dəyərlərə malik olan xalqlarımızın bir-birini dahayaxından tanımasına, bu əlaqələrin daha da gücləndirilməsinə xidmətedir. Qarşılıqlı təmasların gücləndirilməsində dostluq qruplarınınmühüm rola malik olduğu qeyd edilib. Tərəflər qanunvericiorqanların beynəlxalq platformalarda da əməkdaşlıq məsələlərininəzərdən keçiriblər. İki ölkə arasında strateji əlaqələrə uyğunolaraq, parlamentlər arasında əlaqələndirmə və qarşılıqlı dəstəyindaha da gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Milli Məclisin sədri Sahibə Qafarova özünün İtaliyaya rəsmisəfərini məmnunluqla xatırlayaraq, qarşılıqlı səfərlərin əlaqələrindaha da genişləndirilməsinə müsbət töhfə verdiyini bildirib. O,İtaliya parlamentinin üzvlərinin bu il ölkəmizdə keçirilənprezident və parlament seçkilərini müşahidə etdiyini, həmçininCOP29 çərçivəsində keçirilən Parlament görüşündə iştiraketdiklərini xatırladıb.

Söhbət zamanı Milli Məclisin sədri deyib ki, Azərbaycan 30 illikişğala, bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasınabaxmayaraq, suveren, müstəqil, demokratik, inkişaf edən ölkədir.Buna baxmayaraq, spiker Sahibə Qafarova bəzi Qərb ölkələrininAzərbaycana qarşı yalan, böhtan kampaniyası apardığını, xüsusilə,COP29 ərəfəsində bu cür kampaniyaların daha da genişləndiyinibildirib. O cümlədən, bəzi milli parlamentlərdə və beynəlxalqparlament təşkilatlarında ölkəmizlə bağlı qərəzli qərarların qəbuledilməsinin yolverilməz olduğu, bu addımın həmin təşkilatlarınözlərinin nüfuzuna xələl gətirdiyi vurğulanıb. Sahibə Qafarovanınsözlərinə görə, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü,suverenlik məsələlərinə münasibətdə ikili standartlarqəbulolunmazdır.

O, həmçinin, regionda mövcud olan vəziyyət, Qarabağ və ŞərqiZəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri barədə dədiplomata məlumat verib. Spiker bir sıra Qərb ölkələrinin regiondasabitliyi pozmaq cəhdlərini tənqid edib.

İtaliyanın ölkəmizdəki səfiri Luka Di Cianfrançesko COP29-unuğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb. O, İtaliyaBaş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin bu mühüm qlobaltədbirdə iştirak etdiyini söyləyib.

Diplomat ölkəsi ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıqəlaqələrinin mövcud olduğunu, səfirlik olaraq, bu əlaqələrin dahada inkişafına töhfə verməyə çalışdıqlarını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında dafikir mübadiləsi aparılıb.

Məqalədə:
Избранный
5
11
az.trend.az

10Источники