RU

Trampın niyyəti gərginlik yaratdı - “Təhlükəlidir”

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Panama kanalı ilə bağlı bəyanatı regionda təhlükəsizliyə təhdid yaradır.

Teleqraf.com xəbər verir ki, bu barədə Kuba xarici işlər naziri Bruno Rodriqes Parrilya bildirib.

“Panama kanalı yalnız bu ölkəyə məxsusdur. Bu, Panamanın suverenliyinə, həmçinin sülhə təhlükə yaradır”, - nazir deyib.

Panama Prezidenti Xose Raul Mulino da bəyan edib ki, kanalın suverenliyi və ölkənin müstəqilliyi ilə bağlı danışıqlar aparıla bilməz.

Xatırladaq ki, Tramp bundan əvvəl Panama kanalı ilə bağlı mövcud istifadə şərtlərinin yenidən nəzərdən keçirilməyəcəyi təqdirdə, bu su yolunun yenidən ABŞ-ın nəzarətinə qaytarılmalı olduğunu söyləmişdi.

Qeyd edək ki, Panama kanalı XX əsrin əvvəllərində inşa edilib və uzun müddət ABŞ-ın nəzarətində olub. Amma 1999-cu ildə ABŞ bu kanal üzərindəki tam nəzarəti Panama hökumətinə təhvil verib. O vaxtdan bəri Panama kanalı tamamilə öz idarəçiliyində saxlayır.

Kanal Atlantik və Sakit okeanları birləşdirən mühüm su yoludur.
Избранный
3
2
sherg.az

3Источники