RU

ABŞ Belarusa səfəri niyə riskli sayır? - ŞƏRH


ABŞ və bir sıra Qərb ölkələri son günlərdə vətəndaşlarına Belarusa səfərlərdən çəkinməyi və hazırda bu ölkədə olanların isə təcili şəkildə ölkəni tərk etməsini tövsiyə edib. Bu xəbər beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub və diqqət Belarusda mövcud vəziyyətə yönəlib. Ekspertlər məsələni bir neçə yöndən şərh edir, o cümlədən regiondakı geosiyasi gərginlik, təhlükəsizlik riskləri ön plana çəkilir.

Mövzuyla bağlı Bakupost.az -a danışan politoloq Elçin Xalidbəyli məsələnin yanvarda Belarusda keçiriləcək seçkilərlə bağlı olduğunu bildirib:



“Aleksandr Lukaşenko növbəti dəfə prezidentliyə namizədliyini irəli sürüb. Böyük ehtimalla bundan əvvəl olduğu kimi, yenə də Belarusda prezident seçkiləri kəskin toqquşmalar və qarşıdurmalarla müşayiət olunacaq. Hətta Belarus müxalifətinin ciddi şəkildə hərəkətə keçdiyi və Qərbdə bəzi siyasi dairələrin ona dəstək verdiyi haqda məlumatlar mövcuddur.
Ola bilər ki, Lukaşenko hökuməti kütləvi etiraz dalğasını zorakı yolla yatırmaq istəsin. Belarusda yaxın bir ay ərzində kütləvi etirazlar və küçə iğtişaşları, toqquşmalar gözlənilir. Ona görə də ABŞ və bəzi Qərb ölkələri guya öz vətəndaşlarını qorumaq üçün Belarusa səfər etməkdən yayınmağa çağırıblar”.

Politoloq Fərhad Məmmədov isə Qərb ölkələrinin öz vətəndaşlarına çağırışını fərqli səbəblə əlaqələndirib:



“Avropa İttifaqı (Aİ) ölkələri sərhədləri tam bağlayır, onun üçün vətəndaşlarına çağırış edlər ki, Belarusu tərk etsinlər”.

Rəhman Mirzəlizadə, BakuPost

Избранный
11
bakupost.az

1Источники