RU

"Azpetrol" və "Lukoil"də yoxlamalar başladı

"Azpetrol" və "Lukoil"də yoxlamalar başladı

Azərbaycanda yanacaqdoldurma məntəqələrində yoxlamalar aparılmasına başlanılıb. Qaynarinfo-ya daxil olan məlumata görə, yoxlamalar müvafiq dövlət qurumları tərəfindən "Azpetrol", "Lukoil" və digər fərdi sahibkarlara məxsus yanacaqdoldurma məntəqələrində aparılır. Müvafiq qurumlar tərəfindən aparılan ilkin yoxlamalar zamanı bəzi yanacaqdoldurma məntəqələrində nöqsanlar aşkarlanır, həmin müəsissələrə qarşı cərimələr tətbiq edilir. Qeyd edək ki, Azərbaycanda və xüsusən bölgələrdə sürücülər sosial şəbəkələr, media vasitəsi ilə tez-tez yanacağın keyfiyyətinin aşağı olması, yanacağın bəzən az vurulması və digər məsələlərlə bağlı öz narazılıqlarını dilə gətirirlər. Son günlər sosial şəbəkələrdə sürücülər "Lukoil" yanacaqdoldurma məntəqəsində (YDM) avtomobillərə yanacaq vurulduqdan sonra çənlərində su yığılması ilə bağlı iddia səsləndiriblər. "Lukoil-Azərbaycan" QSC-nin Dövlət qurumları ilə iş üzrə meneceri Rahil Ağayev oxu.az açıqlamasında faktı təsdiqləyib. O, bunu çənlərin birində texniki qəza ilə əlaqələndirib.Onu da qeyd edək ki, bundan əvvəl Fövqəladə Hallar Nazirliyi iki rayonda yanacaqdoldurma məntəqələrinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul ediıb. Belə ki, Dövlət Yanğın Nəzarəti Xidməti Balakən rayonu, Poştbinə kəndində yerləşən "İFN" MMC-yə və Qax rayonu, Qorağan kəndində yerləşən, Quliyev Fərid Vaqif oğluna məxsus yanacaqdoldurma məntəqələrində keçirilən yoxlamalar keçirib. Hər iki yanacaqdoldurma məntəqəsində qanunsuluqlar aşkarlanıb və fəaliyyətləri dayandırlıb.

Избранный
15
7
afn.az

8Источники