RU

Rusiyaya gedənlərin nəzərinə - Bu ölkədə uzun müddət qalmaq çətinləşdi – YENİ QAYDA

Rusiyaya səfər edərək burada uzun müddət qalmaq çətinləşib. Rusiya qanunlarına edilən dəyişiklik nəticəsində xaricilərin bu ölkədə qalma vaxtı 2 qat azaldılıb.

Azərbaycan vətəndaşlarına bu yenilik barədə məlumatı Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov açıqlayıb.

Xidmət rəisi Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə adlı postunda ətraflı məlumat verib.

Belə ki, 1 yanvar 2025-ci il tarixdən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minəcək. Bu tarixdən etibarən Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Qeyd edilən müddət Rusiya Federasiyası qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.

Xatırladaq ki, indiyədək bu müddət 180 gün idi. Yəni sözü gedən müddət 2 dəfə azaldılıb. 

Yeni qaydalara görə, Azərbaycan vətəndaşları Rusiya sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Olduğu yer üzrə qeydiyyatla bağlı müraciət Azərbaycan vətəndaşını qəbul edən tərəf və ya vətəndaşın özü tərəfindən edilə bilər.

Əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hallar istisna olmaqla, qalan digər məqsədlərlə Rusiyaya səfər edən Azərbaycan vətəndaşları Rusiya ərazisini tərk etmədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün miqrasiya kartında göstərdikləri ölkəyə gəliş məqsədlərini dəyişdirmək hüququna malikdirlər.

Təhsil məqsədi ilə Rusiyaya səfər edən Azərbaycan vətəndaşının ölkədə müvəqqəti olma müddəti müvafiq ərizə və Rusiya Federasiyası ərazisində təhsil aldığını təsdiq edən sənədlər əsasında uzadılır.

Rusiya Federasiyasında olma və yaşama qaydalarına riayət etməyən Azərbaycan Respublikası vətəndaşları barədə məsuliyyət tədbirləri (cərimə, olma müddətinin qısaldılması) və kənara çıxarılma tədbirləri tətbiq edilə bilər.

Избранный
26
fed.az

1Источники