RU

Banqladeş bu ölkədən Şeyx Həsinənin ölkəyə qaytarılmasına xahiş edib

Banqladeşin Xarici İşlər Nazirliyi (XİN) Hindistanın xarici siyasət idarəsinə rəsmi qaydada müraciət edərək soyqırımı, insanlığa qarşı cinayətlər və insanların kütləvi şəkildə itkin düşməsində ittiham olunan keçmiş baş nazir Şeyx Həsinənin ölkəyə qaytarılmasına kömək etməyi xahiş edib.

AZXEBER.COM \"Report”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Banqladeşin müvəqqəti hökumətinin XİN başçısı Tuhid Hüseyn deyib.

\"Biz Hindistanı mövqeyimiz barədə aydın şəkildə məlumatlandıraraq Həsinəni məhkəmə təhqiqatı üçün geri qaytarmaq istədiyimizi bildirdik\", - o qeyd edib.

Xatırladaq ki, noyabrda Banqladeş Beynəlxalq Cinayət Tribunalı Şeyx Həsinənin soyqırımı, insanlığa qarşı cinayətlər, qətl və sui-qəsd ittihamları ilə həbsinə order verib.
Избранный
2
1
azxeber.com

2Источники