RU

Avtomobilin texniki baxış qiyməti nə qədərdir?

Avtomobilin texniki baxış qiyməti nə qədərdir?

Avtomobilin texniki baxışı nəqliyyat vasitəsinin təhlükəsizliyi və ekoloji standartlara uyğunluğunu təmin etmək üçün vacib bir prosesdir.

Qlobal.net bildirir ki, bu baxış zamanı avtomobilin mühərriki, əyləc sistemi, işıqlar və digər vacib hissələri peşəkar şəkildə yoxlanılır. Texniki baxış avtomobilin yolda etibarlı olmasını təmin etməklə yanaşı, sürücülərə qəza riskini minimuma endirməyə kömək edir.

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VI hissəsinə müvafiq olaraq, bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2–5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə ildə bir dəfə, həmin Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu maddənin VI hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla) istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxış keçirilir.

Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə:
- аvtonəqliyyаt vаsitələri üçün - 30 mаnаt;
- motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün - 15 mаnаt.

Murad
Qlobal.net

Избранный
13
qlobal.net

1Источники