RU

Nazir yeni sədri təqdim etdi

2024-cü il dekabrın 20-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı Metropoliteni QSC-nin sədri təyin edilmiş Vüsal Yusif oğlu Aslanov kollektivə təqdim edilib.


News365.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri, Bakı Metropoliteni QSC-nin Müşahidə Şurasının sədri Rəşad Nəbiyev Bakı metropoliteninin formalaşma və tarixi inkişaf yolunun Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.


Rəşad Nəbiyev metropoliten rəhbərliyinin qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdıraraq, kollektivin səylərini əsirgəməyəcəyinə inandığını bildirib.


Nazir metropolitenin keçmiş rəhbəri Zaur Hüseynova ötən müddət ərzində görülən işlərə görə təşəkkürünü bildirib, Səhmdar Cəmiyyətin yeni təyin olunmuş sədri Vüsal Aslanova və kollektivin bütün üzvlərinə qarşıdakı fəaliyyət dövründə uğurlar arzulayıb.

Избранный
8
32
news365.az

10Источники