İtaliya Seriya A klubunda ayrılıq baş verib.
Offsideplus.az xəbər verir ki, "Monza" Alessandro Nesta ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib.
Qeyd edək ki, Nestanın rəhbərliyi altında komanda 17 matçda meydana çıxıb. Alessandro bu oyunlarda 1 qələbə, 7 bərabərlik və 9 məğlubiyyətlə üzləşib. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.