RU

Ya nüvə silahı, ya da NATO üzvlüyü... – Ukraynalılar Rusiyadan qurtulmağı nədə görürlər?

Ukrayna cəmiyyətinin müharibədən yorulduğunu ölkədə keçirilən rəy sorğuları da təsdiqləyir.

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, ölkədə Demokratik Təşəbbüslər Fondu ilə Razumkov Mərkəzinin birgə keçirdiyi rəy sorğusunun nəticəsinə görə, ukraynalıların yarısından çoxu Rusiya işğalından xilası NATO üzvlüyündə görürlər.

Ukraynalıların 47 faizi hətta Ukrayna ərazilərinin bir hissəsinin Rusiya Federasiyası tərəfindən işğal olunması şərtilə belə ölkənin NATO-ya daxil olmasını dəstəkləməyə hazırdır. Bu, 2023-cü ilin iyun ayı ilə müqayisədə 14 faiz bəndi çoxdur.

Respondentlərin 36%-i Ukrayna ərazisinin bir hissəsi işğal olunarsa, NATO-ya qoşulmağa hazır deyil ki, bu da 2023-cü ilin iyun ayı ilə müqayisədə 16 faiz bəndi azdır.

Əsasən yaşı 50-dən yuxarı olanlar (40 faiz) ərazilərin Rusiya işğalında qalmasının əleyhindəir.

Respondentlərin 55%-nin fikrincə, Ukraynanın təhlükəsizliyini təmin etmək üçün ən yaxşı variant NATO-ya üzv olmaqdır. Respondentlərin 60%-i hesab edir ki, yalnız Ukraynanın NATO-ya daxil olması Rusiya Federasiyasının təkrar hərbi təcavüzünün qarşısını ala bilər. Rusiya Federasiyasının təkrar hücumundan qorunmaqda təsirli ola biləcək digər müdafiə strategiyaları arasında respondentlər ən çox Ukraynanın nüvə statusunun bərpasını (39%) qeyd ediblər.

Respondentlərin fikrincə, təklif olunan strategiyalardan ən az effektivi təmas xəttində (onun nəzarətinə kimin qoşunlarının cəlb olunacağından asılı olmayaraq) demilitarizasiya zonasının yaradılmasıdır.

“AzPolitika.info”

Избранный
15
azpolitika.info

1Источники