RU

Zurabişvili hökuməti hədələdi - dekabrın 29-dan sonra...

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə rəsmilərini 29 dekabradək növbədənkənar parlament seçkiləri elan edilməyəcəyi təqdirdə, "rejimin çöküşü" ilə hədələyib.

Olaylar.az xəbər verir ki, Prezident videomüraciətində bunun dialoqun alternativi olduğunu deyib.

"Rejimin çöküşü" dialoqa, kompromisslərə, güzəştlərə alternativdir. Güzəştlər lazımdır, bəzi şeyləri etiraf etmək lazımdır, kompromisslər lazımdır. Əks halda rejim yıxılacaq", - Salome Zurabişvili videomüraciətində bildirib.

Prezident hamını ikinci mərhələyə hazır olmağa çağırıb. O, dekabrın 29-dan sonra da ölkənin legitim prezidenti qalacağını bəyan edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
5
olaylar.az

10Источники