Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlüyü bu təşkilatı daha da gücləndirəcək.Reyting.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.O bildirib ki, təşkilatın 3 qitədə də təsiri artıb.Qeyd edək ki, dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində D-8 XI Sammiti zamanı Azərbaycan yekdilliklə D-8 təşkilatının üzvü seçilib.