RU

"Hilton Garden Inn Baku" işçi axtarır - VAKANSİYA

Hilton Garden Inn Baku

Mal Qəbulu üzrə köməkçi

Son tarix 23 yan 2025 - [email protected]

Ünvan: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Otelin tələblərinə uyğun olaraq təchizatçılardan gələn məhsulların (qida, içki, təmizlik materialları, ləvazimatlar və s.) qəbulunun təmin edilməsi.
  • Gələn malların miqdarını və keyfiyyətini diqqətlə yoxlamaq, fakturaları və göndərmə sənədlərini təsdiqləyərək məhsulun düzgünlüyünü təmin etmək.
  • Zədələnmiş və ya keçmiş tarixli məhsulların geri qaytarılması:
  • Zədələnmiş və ya keçmiş tarixli məhsulların qəbul edilməməsi, bu məhsulların müvafiq təchizatçıya geri qaytarılmasının təmin edilməsi.
  • Gələn malların sənədləşdirilməsi:
  • Məhsul siyahılarının və fakturaların düzgün şəkildə sənədləşdirilməsi və arxivləşdirilməsi, gələn mallara dair müvafiq məlumatların düzgün qeyd edilməsi.
  • Gündəlik hesabatların hazırlanması:
  • Gələn məhsullar və xidmətlər haqqında gündəlik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Otelin gündəlik əməliyyat tələblərinə sürətli və səmərəli şəkildə cavab verilməsi, hər hansı bir təcili tələb üçün dərhal tədbir görülməsi.
  • Restoran, otel otaqları, konfrans zalı və s. kimi xüsusi ehtiyacları olan şöbələrə məhsulların vaxtında və düzgün şəkildə çatdırılmasının təmin edilməsi.
  • Məhsul qəbul edilərkən və yerləşdirilərkən təhlükəsizlik və gigiyena qaydalarına tam uyğunluğun təmin edilməsi.
  • Qida məhsullarının düzgün saxlanması, uyğun şəraitin yaradılması və zəhərli maddələrdən uzaq durulması üçün lazımi tədbirlərin görülməsi.

Tələblər:

  • Ali təhsil arzuolunandır
  • Otel və ya xidmət sahəsində təcrübə üstünlükdür;
  • Kompüter bacarıqları: Microsoft Office proqramları, xüsusilə iScala ilə işləmə təcrübəsi;
  • Azərbaycan dili (yazılı və şifahi) mükəmməl olmalıdır;

İşçinin təminatları:

  • Qidalanma (işçi yeməkxanasında);
  • TABİA Group – un tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Mal Qəbulu üzrə köməkçi” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Избранный
21
fed.az

1Источники