NBCO KredAqro
Kredit departamentinin Rəhbəri
Son tarix 23 yan 2025 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Təşkilatın qarşısında qoyulmuş tapşırıqların səmərəli yerinə yetirilməsi üçün filiallarla fəaliyyətlərin təşkili, idarə edilməsi və əlaqələndirilməsi;
- Təşkilatın kredit ehtiyacının ödənilməsi üçün (lazımi) kapital səviyyəsinin müəyyən edilməsi;
- Kreditin verilməsi və qaytarılması işində təşkilatın prosedurlarının həyata keçirilməsinin təşkili və ona nəzarət;
- Monitorinq keçirilməsi prosesində iştirak etmək və ona nəzarət;
- Kredit əməliyyatlarında xərclərin səmərəliliyinə nəzarət;
- Filiallar və baş ofis arasında səmərəli məlumat axının idarəedilməsi;
- Lazımi hesabat formalarının vaxtında və keyfiyyətli hazırlanıb təqdim olunması;
- Təşkilatın filiallarının fəaliyyətinin səmərəliliyinin, kredit işçilərinin fəaliyyətinin qiymətləndirilməsi meyarlarının işlənib hazırlanması;
- Təşkilatın inzibati və əməliyyat xərclərinin, kapital xərcinin, inflyasiya səviyəsinin təhlili əsasında faizlərin müəyyənləşdirilməsi;
- Kreditlərin təsnifatının aparılması və düzgünlüyünün yoxlanması.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Bank sektorunda qeyd olunan vəzifə üzrə azı 5 (beş) il iş təcrübəsi.
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
- İş yeri: Bakı şəhəri;
- İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
- Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı;
- Əmək haqqı 2000 AZN.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Kredit departamentinin Rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.