Vətəndaşların narazılığına səbəb olan emin_resad" və "azerzahid6669966" adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.
Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində "emin_resad" adlı "TikTok" səhifəsinin idarəçiləri - Abdullayev Emin və Rəşad qardaşları, "azerzahid6669966" adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.
//ANN.az