RU

Ukrayna XİN də Fikonu tənqid etdi

Ukrayna Xarici İşlər Nazirliyi Slovakiyanın baş naziri Robert Fikonun Vladimir Putinlə danışıqlar aparmaq üçün Rusiyaya səfər etməsinə sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Nazirlik Moskvanı enerjidən silah kimi istifadə etməkdə ittiham edib.

Açıqlamada qeyd olunur ki, Slovakiya tərəfdaşları və qonşuları ilə koordinasiyada bütün mövcud problemləri həll edə və qarşılıqlı məqbul həllər tapa bilərdi.

“İl ərzində Fikonun hərəkətləri əslində Rusiyanın Amerika və digər ölkələri Avropanın qaz bazarından sıxışdırmağa, Avropanın asılılığını qoruyub saxlamağa və qitəmizi zəiflətməyə xidmət edib” - Ukrayna XİN bildirib.


Müəllif: Arzu
Избранный
15
teleqraf.com

1Источники