"Hamı bilir ki, narkotikdən istifadə etmişəm. Bu mövzunun açılmağını istəmirdim".
Milli.Az xəbər verir ki, bu sözləri meyxanaçı Rüfət Nasosnu "Günü bu gün" verilişində deyib. Sənətçi 17 yaşında narkotik aludəçisi olduğunu deyib:
"Buna baxan adam deyə bilər ki, tərgitmək olar. Amma o demək deyil ki, istifadə edim, sonra tərgidərəm. İnsanlar arxada nələr çəkdiyini, nə qurbanlar verdiyini bilmir. Atəşlə oynamayan, onun nə qədər yanğılı olduğunu bilə bilməz.
Universitet illərimdə, 17 yaşımda ağılsızlıqdan narkotik istifadə etdim. İndi insanlar narkotik istifadə edənlərin hansı səviyyədə olduğunu götür. Efirdə, sosial şəbəkədə onların nə gündə olduğunu görürlər. Bizim dövrümüzdə bu yox idi. Narotik istifadə edənə yaxşı adam kimi baxırdıq". /Axşam.az
Milli.Az