RU

"Səbail"də “Dopinqə qarşı mübarizə” və “Oyun qaydaları” proqramları üzrə təlim

“Səbail” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə təlim keçirilib.

İdman.biz xəbər verir ki, təlim “Dopinqə qarşı mübarizə” və “Oyun qaydaları” proqramları üzrə təşkil edilib.

“ASCO Arena”nın akt zalında təşkil edilmiş tədbirlərdə gənc futbolçulara idmanın əsas bəlalarından olan dopinq və yeni oyun qaydaları mövzularında ətraflı məlumat verilib.

Görüş zamanı adıçəkilən mövzularda xüsusi təqdimatlar edilib, maarifləndirici çıxışlar aparılıb, aidiyyəti üzrə mövzular geniş müzakirə olunmaqla yanaşı, gənc futbolçularla fikir mübadiləsi də aparılıb.

İdman.biz

Избранный
7
3
idman.biz

4Источники