1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ağstafada ötən gün törədilmiş qətlin təfərrüatı məlum olub.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, rayonun Vurğun qəsəbə sakini, 23 yaşlı Valeh Qədimov həyat yoldaşı 19 yaşlı Mədinə Qədimovanı qətlə yetirməkdə şübhəli bilinir.
Mədinə Qədimovanın valideynləri bildiriblər ki, ər-arvad arasında əvvəllər də münaqişələr olub.
Valeh isə ailəsi ilə barışmaq üçün tez-tez qayınatasıgilə gedib.
Mərhumun yaxınlarının iddialarına görə, Valeh Qədimov qayınanasıgili nişan mərasiminə apardıqdan sonra evə qayıdıb. Bu dəfə o, evdə heç kimin olmadığı vaxt hadisəni törədib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Ətraflı süjetdə: