“Azərbaycanın D-8 sıralarına daxil olması təşkilatın mövqeyini gücləndirdi” – Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) qoşulması qərarını alqışlayıb. Yeniavaz.com xəbər verir ki, Türkiyənin dövlət başçısı Ankarada Qahirəyə səfərinin yekunlarını şərh edərkən deyib. “Qardaş Azərbaycanın D-8 sıralarına daxil olması təşkilatın mövqeyini gücləndirib”, - Ərdoğan bildirib.