RU

Bura Sibir deyil! - Azərbaycanlıların yaşadığı bölgədən ecazkar -GÖRÜNTÜLƏR

Türkiyənin Çıldır gölünün sahillərini buz bağlayıb.

News24.az-ın məlumatına görə, Qars və Ərdahan vilayətlərinin sərhədində yerləşən göl 123 kvadrat kilometr sahəyə malikdir.

Çıldır gölü bölgənin əhəmiyyətli turistik yerlərindəndir.

Gölün səthi qışd tamamilə donur. Ətrafda eskimos üslubunda balıq ovu edilə bilən ərazilər mövcuddur.

Gecələr havanın temperaturu bəzən 20 dərəcə şaxtaya qədər enir.

Bu günlərdə Çıldır gölünün bir hissəsi donub.

Gölün Qars tərəfində küləyin təsiri ilə sahilə dəyən dalğalar ətrafı buzla örtüb.

Sahildəki ağaclar, bitkilər, "besedkalar", stol-stullar, qayıqlar tamamilə donduğu üçün ərazi Sibiri xatırladır.

Qeyd edək ki, gölün yaxınlığında yerləşən ərazilərdə əsasən azərbaycanlılar məskunlaşıb./modern.az


Избранный
1
1
news24.az

10Источники