İtaliyanın “Montsa” klubu baş məşqçi Alessandro Nestanı istefaya göndərib.


Rekord.az xəbər verir ki, 48 yaşlı mütəxəssis komandanın uğursuz çıxışına görə işindən kənarlaşdırılıb.


Nesta cari mövsümün əvvəlindən "Montsa"ya rəhbərlik edirdi. Onun baş məşqçisi olduğu kollektiv bu mövsüm 17 görüşdə 7 heç-heçə edib, 9 görüşdə məğlub olub, 1 matçda qalib gəlib. 10 xalı olan “Montsa” sonuncudur.


Artıq yeni baş məşqçi də məlumdur. Komandaya bundan sonra Salvatore Bokketti rəhbərlik edəcək. 38 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. Bokketti baş məşqçi kimi yalnız "Verona"nı çalışdırıb.