RU

Türkiyədən ABŞ-yə sement ixracı azalıb

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən ABŞ- yə sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,9 faiz azalaraq, 630 milyon 966 min 45 dollara bərabər olub.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Bu ilin noyabr ayında Türkiyədən ABŞ-yə 51 milyon 995 min 14 dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 12,9 faiz çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,4 faiz azalaraq, 4 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 346 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 0,3 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 4,3 milyard dollar məbləğində sement ixrac edib.

Избранный
2
23
fins.az

10Источники