RU

“Beşiktaş”dan UEFA-ya müraciət

Türkiyə təmsilçisi “Beşiktaş”ın azarkeşləri UEFA Avropa Liqası çərçivəsində baş tutacaq “Tvente” (Holandiya) ilə səfər matçına buraxılmayacaq. SİA "beIN SPORTS”a (Türkiyə) istinadən xəbər verir ki, görüşün keçiriləcəyi Enshede şəhərinin meri Roelof Blekerin İstanbul klubunun vitse-prezidentləri Mete Vardar və Onur Göçmezə rəsmi məktub göndərib.

Məktubda qeyd edilib ki, “Beşiktaş”ın keçmişdə Avropada oynadığı matçlarda azarkeşlərin davranışı səbəbilə “Tvente” - “Beşiktaş” qarşılaşmasında qonaqların fanatlarına yer ayrılmayıb.

“Qartallar” da məsələ ilə bağlı UEFA-ya müraciət edib.

Klub “Tvente” ilə matçın başqa bir şəhərdə və ya Hollandiyadan kənarda - başqa bir ölkədə keçirilməsini istəyir.

Qeyd edək ki, “Tvente” – “Beşiktaş” matçı yanvarın 30-u saat 00:00-da baş tutacaq.

Избранный
8
4
sia.az

7Источники