RU

Ərdoğan: Azərbaycanın D-8 sıralarına daxil olması təşkilatın mövqelərini gücləndirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın “İslam Səkkizliyi” təşkilatına (D-8) qoşulması qərarını alqışlayıb.

“İki sahil” xəbər verir ki, Türkiyənin dövlət başçısı Ankarada Türkiyə hökumətinin Qahirəyə səfərinin yekunlarını şərh edib.

“Qardaş Azərbaycanın D-8 sıralarına daxil olması təşkilatın mövqeyini gücləndirib”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti həmçinin Misirlə qarşılıqlı fəaliyyətin bir çox sahələrinə, o cümlədən ticarət-iqtisadi əlaqələrə müsbət təsir göstərən “səmimi dialoqun inkişafından” məmnunluğunu ifadə edib.

Suriyadakı vəziyyətə toxunan Türkiyə Prezidenti bildirib ki, bu ölkədəki sabitlik bütün regionda təhlükəsizliyə təsir edir.

Ərdoğan ərəb ölkələrini və bütün İslam dünyasını “Suriyanın yenidən qurulmasına kömək etmək üçün Suriya xalqı ilə çiyin-çiyinə durmağa” çağırıb.

Избранный
9
3
ikisahil.az

6Источники