RU

“Media savadlılığı cəmiyyətdə önəmli bir prosesdir” - Əfsələddin Ağalarov

"Media savadlılığı bütün cəmiyyətdə olduğu kimi bizim cəmiyyətdə də önəmlə izlənilən bi prosesdir".   Bu sözləri Manset.az-a açıqlamasında Azxəbər.com saytının baş direktoru Əfsələddin Ağalarov media savadlılığı haqqında danışarkən bildirib. O, qeyd edib ki, Vətən müharibəsi dönəmində biz çox insanın informasiya ilə davranış qaydalarına yiyələnmədiyini və bu boşluqların cəmiyyətdə informasiya çeşidliyini yartdığının şahidi olurduq. “Vətən müharibəsi dönəmində hər hansısa bir sosial şəbəkədə yayılan informasiya xüsusən dezinformasiya məlumatlar çox qısa zamanda böyük kütlələrin əlinə keçir və bu böyük kütlələr həmin informasiyaları digər geniş kütləyə çatdırırlar. Nəticədə isə dövlətin informasiya siyasətində ciddi problemlər ortaya çıxırdı. Buna görə də əldə edilməli olan nəticələrlə bağlı ciddi boşluqlar yaranırdı. Məhz bu baxımdan son illər ölkəmizdə hər il mütəmadi olaraq "Media savadlılığı" həftəsi keçirilir. Media savadlılığı həftəsində media ekspertləri, jurnalistika sahəsində ciddi uğurlar əldə etmiş şəxslər, informasiya ilə davranış qaydaları, eyni zamanda media və vətəndaş münasibətlərini tənzimləyən önəmli məsələlərlə bağlı məlumatlar verirlər, paylaşırlar. Bu çox önəmlidir. Ən azından izləyicilər, oxucular informasiyanın həqiqiliyini necə yoxlamaq lazım olduğunu bilsələr, hansı informasiyanın dövlət sirri, hansı informasiyanın xəbər mahiyyəti daşıdığını bilsələr mən düşünürəm ki, bu növbəti illərdə bizim cəmiyyətdə media çeşidliliyinin qarşısını ciddi şəkildə alacaq”. Əfsələddin Ağalarov hesab edir ki, media viruslarının yayılması prosesi sosial şəbəkələr dövrünün genişlənməsi ilə daha sürətlə artmağa başladı: “Hansısa bir dezinformasiyanın veriləndən sonra onun təkzibinin verilməsi prosesinə baxdığımız zaman görürük ki, dezinformasiya xarakterli məlumat verilən təkzib xarakterli məlumatdan daha çox insana çatır, mənimsənilir və digər hədəflərə ötürülür. Burdan aydın olur ki, media virusun yayılma prosesi təkzibin, doğrunun və dürüst xəbərin yayım tezliyindən qat-qat çoxdur. Nəticə etibarı ilə biz bunun fəsadlarını mütəmadi olaraq görürük”. Əfsələddin Ağalarov bildirir ki, media virusla birbaşa mübarizə mediada işləyənlərin peşəkarlıq səviyyəsinin artırılmasından irəli gəlir. 

“Jurnalistin mütləq intellekti yetərincə olmalı, onun xəbər istehsal qabiliyyətində nəzərdə tutduğumuz bu yalan məlumatlara və dezinformasiya xarakterli məlumatlara yer olmamalıdır. Jurnalistika prinsiplərinə sadiq qalaraq fəaliyyətini davam etdirməlidir. Belə bir mühitin yaranmasında artıq biz informasiya çeşidliyini deyil daha yaxşı, aydın bir mənzərənin şahidi olmuş olacağıq. Bu baxımdan hər bir redaksiya düşünürəm ki, öz əməkdaşlarını, jurnalistlərini media savadlılığının artırlması istiqamətində də  mütəmadi işlər görməlidir. Ümumi olaraq jurnalistlər mütəmadi olaraq bir-birilərinə dəstək olmalıdılar. Jurnalist həmrəliyi olmalıdır. Bu həmrəlik fonunda biz ön plana media sahəsində ciddi işlərə imza atanları görməliyik. O şəxlərin ən azından sözləri, imzaları kəsərlidir və biz bir qrup digər informasiya çeşidliliyi yaradan insanlara qarşı ancaq bu formada mübarizə apara bilərik”.

Избранный
8
1
manset.az

2Источники