RU

Razi Nurullayev Prezidenti doğum günü münasibəti ilə təbrik etdi

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. 

"Cebheinfo.az" xəbər verir ki,  təbrikdə deyilir:

"Hörmətli cənab Prezident İlham Əliyev!

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm! Azərbaycan xalqının firavanlığı, dövlətimizin inkişafı və ölkəmizin beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi naminə göstərdiyiniz əzmkar fəaliyyətinizə görə minnətdaram. Sizin prezidentliyiniz dövründə Azərbaycan böyük uğurlara imza atıb və milli maraqlarımız uğrunda apardığınız prinsipial siyasət öz bəhrəsini verib".

Təbrikdə daha sonra deyilir:

"Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanımızın rifahı yolunda yeni-yeni nailiyyətlər arzulayıram. Uca Allah hər zaman Sizin yardımçınız olsun!"

"Cebheinfo.az"

Избранный
17
1
cebheinfo.az

2Источники