RU

Türkiyədən İraqa dəri məhsulları ixracı artıb

Bakı. Trend:

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən İraqa dəriməhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,8 faizartaraq, 95 milyon 807 min 55 dollara bərabər olub.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin noyabr ayında Türkiyədən İraqa 10 milyon 245 min 93dollar məbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilinnoyabr ayı ilə müqayisədə 13,1 faiz azdır” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənindəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,7faiz azalaraq, 1 milyard 416 milyon 716 min dollara bərabərolub.

“Bu ilin noyabr ayında Türkiyə 116 milyon 680 min dollarməbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin noyabrayı ilə müqayisədə 5,8 faiz azdır” – deyə nazirlikdənbildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024)Türkiyə 1 milyard 532 milyon 239 min dollar məbləğində dəriməhsulları ixrac edib.

Избранный
10
13
az.trend.az

10Источники