Türkiyə səhəri dəhşətli partlayış xəbəri ilə açıb.
Söz.az "Habertürk"-ə istinadən xəbər verir ki, hadisə Balıkesirin Karesi rayonundakı partlayıcı maddə istehsal edən fabrikdə baş verib.
Partlayışdan sonra bölgəyə çox sayda təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.
Hadisə zamanı 12 nəfərin öldüyü, həmçinin yaralıların olduğu bildirilib.