Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 207 min manata yaxın qiymətə 3 ədəd avtomobil alır.

İndex.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, İnstitut hibrid mühərrikli avtomobillərin satın alınması ilə bağlı tender elan edib.

Artıq tenderin qalibi müəyyən edilib. Qida Təhlükəsizliyi İnstitutu 3 ədəd hibrid mühərrikli avtomobilləri “Toyota Absheron Merkezi” MMC-dən alacaq. Bu avtomobillər üçün dövlət qurumu avtomobil satışı ilə məşğul olan şirkətə 206 min 700 manat ödəyəcək.