RU

Ərdoğan Suriyaya nazirlərdən ibarət böyük heyətlə GEDƏCƏK

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya gözlənilən səfəri barədə yeni xəbərlər yayılıb.

Modern.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan iqtisadiyyatın müxtəlif sahələrinə nəzarət edən və sərmayələrə cavabdeh olan nazirlərdən ibarət böyük bir heyətlə Suriyaya səfər edəcək. Bu barədə “Hürriyet” qəzeti yazıb.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və xarici işlər naziri Hakan Fidan hazrılıqla əlaqədar artıq Suriyanın paytaxtı Dəməşqə səfər ediblər.

Ərdoğanın səfərinin tarixləri hələ müəyyən edilməyib.

Xatırladırıq ki, noyabrın 27-də silahlı müxalifət qrupları Hələb və İdlib əyalətlərində Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında onlar Hələb, Həma, Dəra və Homs daxil olmaqla bir neçə əsas şəhəri nəzarətə götürüblər. Dekabrın 8-də isə müxalifət qüvvələri Suriya hökumət qoşunlarının geri çəkilməyə məcbur edildiyi Dəməşqə daxil olub.

Suriya prezidenti Bəşər Əsəd ölkəsini tərk edərək Moskvaya qaçıb.

Suriya hökumətinin başçısı əl-Cəlali hakimiyyətin sülh yolu ilə ötürülməsinə hazır olduğunu açıqlayıb. Hazırda hakimiyyətin təhvil prosesi gedir.

Избранный
14
3
modern.az

4Источники