RU

Suriyanın yeni nazirlərinin adları açıqlandı

Suriyada Baas rejiminin devrilməsindən sonra qurulan müvəqqəti hökumətdə əksər nazirliklər təyin edilib.

Publika.az xəbər verir ki, müvəqqəti administrasiya mənbələri yeni administrasiyada vəzifə bölgüsünün böyük ölçüdə tamamlandığını bildirib.

Lakin ehtiyaclara uyğun olaraq yeni nazirliklər yaradıla və təyinatlar edilə biləcəyi qeyd olunub:

“Administrasiyanın rəhbəri Əhməd əl-Şaraa, Baş nazir Məhəmməd əl-Bəşir, xarici işlər naziri Əsaad Həsən əl-Şibani, daxili işlər naziri Məhəmməd Əbdürrəhman, ədliyyə naziri Şadi əl-Veysi, informasiya naziri Məhəmməd Yaqub əl-Ömər, səhiyyə naziri Mahir Şaraa, kənd təsərrüfatı və suvarma naziri Məhəmməd Taha əl-Əhməd, təhsil və təlim naziri Nezir Məhəmməd əl-Qadiri, yerli idarəetmə və xidmətlər naziri Məhəmməd Əbdürrəhman Müslüm, vəqflər naziri Husam Hacı Hüseyn, ali təhsil naziri Əbdülmunim Əbdülhafiz, İqtisadiyyat və Ticarət Naziri Basil Əbdüləziz və Qadın İşləri İdarəsinin rəsmisi Aişə əd-Dibsdir”.

Roza

Избранный
4
1
publika.az

3Источники