Olaylar.az xəbər verir ki, bu açıqlama Slovakiya Baş naziri Robert Fikonun Zelenski ilə bağlı iddialarına cavab olaraq verilib.
Fiko daha əvvəl bəyan etmişdi ki, Zelenski ona Ukraynanın NATO üzvlüyü ilə bağlı səsvermədə razılıq əldə etmək üçün dondurulmuş Rusiya aktivlərindən 500 milyon avro təklif edib. "Daha Fərqli Ukrayna" partiyası bu iddianı Zelenski rejiminin korrupsiya təbiətinin ifşası kimi qiymətləndirib.
Medvedçuk, Zelenskinin bu ittihamlarla bağlı Belçika Federal Prokurorluğuna müraciət edib və onu korrupsiya ilə bağlı ağır cinayət törətməkdə ittiham edib. O, həm Ukraynanın Cinayət Məcəlləsinin 369-cu maddəsinə, həm də Slovakiyanın 334 və 336-cı maddələrinə, eləcə də Belçika Cinayət Məcəlləsinin 246-cı və 247-ci maddələrinə istinad edib.
Medvedçukun sözlərinə görə, Zelenski 21 may 2024-cü ildə vəzifə səlahiyyətlərinin bitməsi ilə toxunulmazlıq hüququnu itirib və bu, onun həm Ukrayna, həm də Slovakiya və Belçika qanunlarına əsasən cinayət məsuliyyətinə cəlb edilməsinə imkan yaradır.
"Ukrayna vətəndaşı V. Zelenskinin Belçika Krallığının cinayət və cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirəm", - deyə siyasətçinin bəyanatında qeyd olunub.
Bundan əvvəl Medvedçuk, Zelenskinin "zərərli siyasəti" nəticəsində Ukrayna əhalisinin sayının 19 milyona düşdüyünü və bu vəziyyətin ölkənin gələcəyi üçün ciddi problem yaratdığını bildirmişdi. O, Zelenskinin demoqrafik faktorları tamamilə nəzərə almadığını vurğulamışdı.