RU

Misirdə Sisi əleyhinə etirazlar başladı

Misirin paytaxtı Qahirə şəhərində hökumət əleyhinə kütləvi etiraz aksiyaları başlayıb.

Aktual.az xəbər verir ki, bu barədə yerli Teleqram kanalları və KİV məlumat yayıb.

Məlumata görə, etirazçılar ölkə Prezidenti Əbdülfəttah əs-Sisi əleyhinə şüarlar səsləndirirlər.

Etirazlara səbəb ölkədə iqtisadi vəziyyətin pisləşməsi, insan azadlıqlarının pozulması və hökumətin korrupsiyalaşmasıdır.

Bundan başqa, Əbdülfəttah əs-Sisinin 45 milyard dollara başa gələcək yeni prezident sarayının inşasını elan etməsi etirazlara səbəb kimi də göstərilir.

Qeyd olunub ki, etirazçılar "Ərəb baharı”nın məşhur "Əş-şab yurid iskat ən-nizam” mahnısını səsləndirirlər.

Избранный
9
1
ulusum.az

2Источники